Türk dünyası: ortaq tarix, dil, ədəbiyyat

post-img

Qırğızıstanın Çolpon-Ata şəhərində “Türk dünyası tarixinin öyrənilməsinin aktual problemləri: türk dünyasının dili və ədəbiyyatı” mövzusunda 1-ci elmi simpozium keçirilib.

Qırğızıstandakı Toktomamatov adına Beynəlxalq Universitetin Amerika Birləşmiş Ştatlarının Ohayo ştatında fəaliyyət göstərən "Türk eli" beynəlxalq ictimai təşkilatı ilə birgə keçirdiyi elmi məclisdə Qırğızıstan, Qazaxıstan və Özbəkistandan 70-dən çox alim iştirak edib. Daşkənddə yaşayan tanınmış soydaşımız, rejissor Eldar Məmmədov da nümayəndələr arasında olub. O tədbirin gedişi ilə bağlı sənədli film də hazırlayıb. 

Beynəlxalq Universitetin professoru Jenişbek Duyşeyev türk dünyasının inteqrasiyası, dil, din, adət-ənənələr, milli-mənəvi dəyərlərimizin daha da inkişaf etdirilməsi məsələlərindən danışıb. 

"Türk elli"nin rəhbəri Sərvər İspaxi türk dünyasının ortaq dil, ortaq əlifba məsələlərindən, bu ideyanın reallaşdırılması istiqamətində görüləcək işlərdən söhbət açaraq deyib ki, türk xalqları dünya tarixinin, mədəniyyətinin və ədəbiyyatının inkişafında çox mühüm və əhəmiyyətli rol oynayıblar. Qədim türklər və indiki türk xalqları Çukotkadan Aralıq dənizinə qədər geniş bir əraziyə yayılıb. 

Çıxış edən alimlər ümumi türk tarixinin, etnoqrafiyasının və mədəniyyətinin köklü surətdə öyrənilməsi məsələlərinə xüsusi diqqət verilməsi vacibliyindən danışıblar. 

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Bişkek

 

Son xəbərlər