Son günlər Pakistanın Xayber-Paxtunxva əyalətində yağan güclü musson yağışları müxtəlif fəsadlar törədib, çox sayda ev zərər görüb. Pakistan mətbuatının yaydığı məlumata görə, təbii fəlakət zamanı Xayber-Paxtunxva əyalətində 22 nəfər həyatını itirib, çoxlu yaralının olduğu bildirilir.
Ölkənin Sinqh əyalətində isə yağış və daşqınlar nəticəsində 3 nəfər həlak olub. Əhali təbii fəlakət zonasından təhlükəsiz ərazilərə köçürülür, onlar ərzaq və dərmanlarla təchiz edilir.
Əyalətin Kaghan bölgəsində şiddətli yağışlar bir körpünü dağıdıb və minlərlə turistlə əlaqə kəsilib.
Pakistanın Baş naziri Şahbaz Şərif Fövqəladə Hallar Agentliyinə təcili tədbirlər görülməsi ilə bağlı göstəriş verib.
Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri
İslamabad