Cüdoçumuz çıxışını dayandırıb

post-img

Azərbaycan cüdoçusu Elcan Hacıyev “Paris-2024” Yay Olimpiya Oyunlarında çıxışını dayandırıb. 

90 kiloqram çəki dərəcəsində müba­rizə aparan idmançımız 1/8 final görüşün­də fransalı Maksim Qael Ambuya ipponla məğlub olub. Cüdoçumuz görüş zamanı çiynindən ciddi zədə alıb və xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, Paris Olimpiadasında Azərbaycan cüdoçularından hələlik yal­nız Hidayət Heydərov (73 kiloqram) me­dal qazanıb. İdmançı Olimpiya çempionu olub.

İdman