Atletika dünya rekordçusu, isveçli Armand Duplantis Olimpiya kəndində yaşamaqdan imtina edib.
Bu barədə “Expressen” nəşri məlumat yayıb. İsveç millisinin kapitanı Kaysa Berqkvist idmançının daha yaxşı şəraitli mənzil tapdığını bildirib.
Qeyd edək ki, idmançıların Olimpiya kəndinin şəraitindən narazılıqları səngimək bilmir. Atletlər kağız və ya plastik materialdan hazırlanan karton çarpayıları tənqid obyektinə çeviriblər. Otaqlarda televizorların və kondisionerlərin olmaması da idmançıları narazı salıb.