Bu gün İranda İsmayıl Haniyə ilə vida mərasimi keçiriləcək

post-img

Məlum olduğu kimi, bu il iyulun 31-nə keçən gecə HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın paytaxtı Tehranda öldürülüb. İranın “Mehr” agentliyi bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadla məlumat yayıb. 

“Fələstinin HƏMAS müqavimət hərə­katının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda şəhid olub”, – deyə mə­lumatda bildirilir.

Agentliyin məlumatına görə, hücum zamanı Haniyənin mühafizəçilərindən biri də həlak olub. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Haniyənin yerli vaxtla təxminən 02.00-da qaldığı yerə raket zərbəsi endirilməsi nəticəsində öldüyü bildirilir. HƏMAS rəs­mi bəyanatında Siyasi Büro rəhbərinin ölü­münü təsdiqləyərək insidentdə İsraili gü­nahlandırıb. Hücum Haniyənin İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra baş verib.

HƏMAS hərəkatının mətbuata açıqla­masında bildirilir ki, İsmayıl Haniyə İran­da keçiriləcək vida mərasimindən sonra cümə günü Qətərdə dəfn ediləcək.

Məlumata görə, İsmayil Haniyə ilə rəsmi vida mərasimi bu gün Tehranda ke­çiriləcək. Cənazə bundan sonra Qətərin paytaxtı Dohaya aparılacaq və avqustun 2-də, cümə günü Lusail şəhərində dəfn olunacaq.

Dohada keçiriləcək vida mərasimində ərəb və islam dünyası liderlərinin, həm­çinin Fələstin fraksiyası üzvlərinin iştirak edəcəkləri gözlənilir.

M.HACIXANLI
XQ

Son xəbərlər