Dünən növbəti köç karvanı Laçına çatıb. Bu dəfə 60 laçınlının yurd həsrəti bitib.
Bununla da Laçın şəhərində 552 ailə, yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
XQ