Növbədənkənar seçkilərlə əlaqədar “dəyirmi masa”

post-img

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Azərbaycan Respub­likasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə “Vətəndaşla­rın seçki hüququnun təmini” mövzusunda “dəyirmi masa” təşkil edilib.

Hər iki qurumun əməkdaşlarının, həm­çinin media nümayəndələrinin qatıldıqları tədbirdə çıxış edən Mərkəzi Seçki Komis­siyasının sədri Məzahir Pənahov müvafiq dövlət qurumları ilə birgə təşkil edilən ge­nişmiqyaslı maarifləndirmə layihələrinin seçkilərin azad, ədalətli və şəffaf keçiril­məsindəki əhəmiyyətindən bəhs edib, seç­ki qanunvericiliyinin və seçki təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər və atılan addımlardan danışıb, parlament seçkilərinin qanunvericiliyin tələbləri əsasında, beynəlxalq standartlara tam cavab verən, yüksək səviyyədə təşkili üçün müvafiq şəraitin yaradıldığını diqqətə çatdırıb.

Seçki prosesində media subyektlərinin üzərinə düşən vəzifələri vurğulayan MSK sədri, həmçinin seçkilərdə yerli və bey­nəlxalq müşahidənin həyata keçirilməsi üçün yaradılan hərtərəfli və geniş imkanları iştirakçıların diqqətinə çatdırıb.

Ombudsman Səbinə Əliyeva vətəndaş­ların seçki hüququnun daha səmərəli təmin olunması və seçki sisteminin hərtərəfli inkişaf etdirilməsi üçün seçki subyektləri­nin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə birgə maarifləndirici tədbirlərin həyata keçiriləcəyini bildirib. Artıq MSK ilə birgə növbədənkənar parlament seçkilə­ri ərəfəsində həmin tədbirlərin keçirilməsi üzrə təqvim planının təsdiqləndiyini və ic­rası istiqamətində zəruri addımların atıldı­ğını diqqətə çatdırıb.

Müvəkkil seçkilərin Seçki Məcəlləsinə uyğun həyata keçirilməsinin ölkəmizin hüquqi, demokratik dövlət quruculuğu, in­san hüquq və azadlıqlarının təmini, milli qa­nunvericiliyin inkişafı prinsiplərinə daim sa­diq olduğunu bir daha təsdiqlədiyini deyib.

Eyni zamanda, ombudsman, onun apa­ratının və regional mərkəzlərinin əməkdaş­ları ötən illərdəki müsbət təcrübəyə uyğun olaraq həm Bakıda, həm də ölkənin bütün regionlarında müstəqil şəkildə, özlərinin təşəbbüsü ilə müşahidəçi qismində növbə­dənkənar parlament seçkilərinin müşahidə­sini aparacaqları qeyd edilib.

S.Əliyeva, həmçinin ombudsman tə­sisatının əvvəlki seçkilər zamanı həyata keçirdiyi fəaliyyət nəticəsində əldə etdiyi təcrübə əsasında seçki hüquqlarının daha səmərəli təmin olunması ilə bağlı töv­siyələrini verib. 

Sonra Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov “Seçki hüququnun səmərəli təminatına konstitusional və qa­nunvericilik imkanları" mövzusunda mə­ruzə ilə çıxış edib. O, ölkəmizin mövcud seçki qanunvericiliyi və seçkilərin yüksək səviyyədə keçirilməsi istiqamətində atı­lan məqsədyönlü addımların seçicilərin öz konstitusion hüquqlarını azad və sərbəst şə­kildə həyata keçirməsinə şərait yaratdığını bildirib.

Ombudsman aparatının rəhbəri Aydın Səfixanlı “Müşahidəçilik institutunun əhə­miyyəti və ombudsmanın bu prosesdə rolu” mövzusunda çıxışı zamanı seçki prosesin­də müşahidəçilik institutunun tətbiqinin əhəmiyyətindən bəhs edib. Aparat rəhbəri müşahidəçilik institutunun vətəndaşların seçki hüququnun müdafiəsinə, seçki pro­sesi zamanı yarana biləcək çatışmazlıqların aradan qaldırılmasına, aşkarlıq və şəffaflıq mühitinin yaradılmasına töhfə verdiyini bildirib, ombudsman təsisatının müşahidə­çilik təcrübəsindən danışıb.

Son xəbərlər