Ceyhun Bayramov görüşlər keçirib

post-img

İyulun 31-də xarici işlər naziri Cey­hun Bayramov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu­nun Seçki Müşahidə Missiyasının rəhbə­ri Ditmir Buşati ilə görüşüb.

Görüşdə cari il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərə hazırlıq məsələləri və bu istiqamətdə beynəlxalq öhdəliklər müzakirə olunub.

Nazir bu ilin əvvəlində keçirilmiş prezident seçkiləri kimi qarşıdan gələn seçkilərin də azad, ədalətli və şəffaf keçi­rilməsi üçün ardıcıl, sistemli və intensiv şə­kildə atılan addımlar, eləcə də beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı ilə bağlı tədbirlər barədə qarşı tərəfə ətraflı məlumat verib.

Prezident seçkilərindən sonra parla­ment seçkilərinin də ilk dəfə Azərbaycanın işğaldan azad olunmuş ərazilərini əhatə etməsinin tarixi məqam olduğu vurğula­nıb. Seçkilərin qanunvericiliyin tələbləri əsasında, beynəlxalq standartlara tam ca­vab verən, yüksək səviyyədə təşkili üçün müvafiq şəraitin yaradıldığı qeyd olunub. Bununla yanaşı, seçki müşahidə missiya­larının müvafiq qaydalara və mandatlarına uyğun olaraq seçkilərin müşahidəsi prose­sində obyektiv və qərəzsiz yanaşma tətbiq etməsinin zəruriliyi diqqətə çatdırılıb.

Missiyanın rəhbəri avqustun 1-də mü­şahidə missiyasının fəaliyyətə başlaması ilə bağlı mətbuat konfransının keçiriləcəyi­ni qeyd edərək növbəti 6 həftə ərzində mis­siya tərəfindən görüləcək işlərin xülasəsi barədə məlumat verib.

***

Həmin gün xarici işlər naziri Cey­hun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nü­mayəndəsi Bik Lumu ilə görüşüb.

Ceyhun Bayramov keçmiş Ermənis­tan-Azərbaycan münaqişəsinin humanitar nəticələrinin aradan qaldırılması, Ermənis­tanın Azərbaycana qarşı təcavüzü nəticə­sində qaçqın və məcburi köçkünə çevrilmiş vətəndaşlarımızın həyat şəraitinin yaxşı­laşdırılması istiqamətində BMT QAK ilə həyata keçirilən birgə layihələrin əhəmiy­yətini qeyd edib.

BMT nümayəndəsi təmsil etdiyi qurum tərəfindən azərbaycanlı məcburi köçkünlər üçün son 30 il ərzində çoxsaylı layihələr həyata keçirildiyini, onların öz yurdları­na qayıdışının təmin olunması, eləcə də ANAMA ilə birgə humanitar minatəmiz­ləmə sahəsində maarifləndirmə işi ilə bağ­lı dəstək göstərilməsinə hazır olduqlarını qeyd edib.

XQ

Son xəbərlər