Dələduzluq edənlər istintaqa təhvil verilib

post-img

Polis əməkdaşlarının iyulun 26-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Məlumatı DİN mətbuat xidməti yayıb.

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən qadın hesabına 300 manat pul ödədiyi şəxsin onu aldatdığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən A.İsmayılov müəyyən olunaraq saxlanılıb. 

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Sumqayıt şəhər sakini olan bir nəfərin 2170 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Ə.Rzayev müəyyən olunaraq saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır. 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər