Kamran Əliyevin Qırğızıstana səfəri başa çatıb

post-img

İyulun 25-də Bişkekdə Türk Dövlətləri Təşkilatı Baş Prokurorlar Şurasının 3-cü iclası keçirilib. 

Azərbaycan, Qazaxıstan, Qırğızıs­tan, Özbəkistan və Türkiyənin Baş pro­kurorlarının, TDT Baş katibinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin, Bey­nəlxalq Prokurorlar Assosiasiyasının Baş müşavirinin qatıldıqları iclasda Qırğız Respublikasının Prezidenti Sadır Japa­rovun videomüraciəti nümayiş olunub. Prezident iclasın işinə uğurlar arzulayıb. 

Tədbirdəki çıxışında ölkəmizin türk birliyinə xüsusi əhəmiyyət verdiyini qeyd edən Baş prokuror Kamran Əliyev TDT-yə üzv dövlətlərdə qanunçuluğun və hüquq qaydasının təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiə­si, cinayətkarlığın bütün formalarına qar­şı mübarizə sahəsində səylərin birləşdi­rilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib. 

Baş prokuror Müzəffər Ali Baş Ko­mandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlətimizin başçısının və ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə həmkarlarını məlumatlandırıb.

Baş prokuror, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası­nın Tərəflər Konfransının 29-cu sessi­yasının - COP29-un sentyabrın 29-dan oktyabrın 2-dək Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransının və ümumi yığıncağının ölkəmizdə keçi­riləcəyini bildirərək həmkarlarını mötəbər tədbirdə iştiraka dəvət edib. 

Yekunda Bişkek bəyanatı qəbul edi­lib, növbəti iclasın 2025-ci ildə Özbəkis­tanda keçirilməsi qərara alınıb.

XQ

Son xəbərlər