Azərbaycanla Birləşmiş Krallıq arasında diplomatik dialoq

post-img

İyulun 18-də Birləşmiş Krallığın Vudstok şəhərində keçirilən “Avropa Siyasi Birliyi” Sammiti çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Krallığın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lemmi arasında görüş keçirilib. 

Xarici İşlər Nazirliyinin Mətbuat xid­məti idarəsindən bildirilib ki, görüşdə Azərbaycanla Birləşmiş Krallıq arasında strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif aspektləri və perspektivləri, regional və beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələləri, eləcə də Azərbay­can–Ermənistan normallaşma prosesinin cari vəziyyəti müzakirə edilib.

Azərbaycan ilə Birləşmiş Krallıq ara­sında bütün sahələrdə, xüsusilə də ener­getika, təhsil, humanitar əlaqələr kimi istiqamətlərdə qarşılıqlı faydalı əmək­daşlığın olduğu, ölkəmizin mühüm ticarət tərəfdaşı kimi xüsusi əhəmiyyəti vurğula­nıb. Birləşmiş Krallığın şirkətlərinin Azər­baycan iqtisadiyyatının istər neft, istərsə də qeyri-neft sektorunda uğurla fəaliyyət göstərdiyi, iqtisadi əməkdaşlığın daha da dərinləşməsi üçün geniş imkanların möv­cud olduğu bildirilib.

Bununla yanaşı, ölkələrimiz arasın­da yaşıl enerji sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib, bu sahədə Azərbaycanla əməkdaşlıq üçün geniş perspektivlər təqdir olunub. Azərbayca­nın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçi­və Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinin mövcud əməkdaşlıq gündəliyində iqlim fəaliyyəti istiqamətinin gücləndirilməsinə töhfə verə biləcəyi qeyd edilib.

Azərbaycanın üzləşdiyi mina təhdidi nəzərə alınaraq, humanitar minatəmiz­ləmə sahəsində ölkəmizə dəstəyin əhə­miyyəti vurğulanıb.

Söhbət zamanı tərəflər iki ölkə ara­sında mövcud dialoq, qarşılıqlı səfərlər və təmasların, o cümlədən siyasi məs­ləhətləşmələrin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildiriblər.

Nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, o cümlədən Azərbaycan tərəfindən sülh prosesi ilə bağlı atılan addımlar, ölkəmizin Ermənis­tanla münasibətlərin normallaşması ilə bağlı mövqeyi, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verib. Ermənis­tanla danışıqlarda sülh sazişi mətni üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Er­mənistan konstitusiyasında və qanunve­ricilik aktlarında ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddia­ların sülh prosesində əsas maneə olduğu diqqətə çatdırılıb.

“Avropa Siyasi Birliyi” Sammiti çər­çivəsində Birləşmiş Krallığın Baş naziri­nin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görü­şün keçirilməsi üçün səy göstərilməsinə görə nazir Ceyhun Bayramov tərəfindən təşəkkür ifadə olunub, məhz Ermənistan tərəfindən imtina səbəbinə görə bu gö­rüşün baş tutmamasının sülh prosesinə töhfə vermədiyi qeyd edilib.

Görüşdə, həmçinin qarşılıqlı ma­raq doğuran digər ikitərəfli və regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.

XQ

Son xəbərlər