Alimlərin jurnalistlərlə görüşü

post-img

Azərbaycan Respublikası Elm və Təhsil Na­zirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 22 İyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə ölkənin aparıcı media qurumlarının təmsilçiləri ilə görüş keçi­rilib. İnstitutun baş direktoru, akademik Vaqif Fərzəliyev bildirdi ki, kollektivimizin elmi-təşki­lati fəaliyyətinə informasiya dəstəyi verən bir sıra media qurumlarının nümayəndələri ilə görüş ke­çirməkdə məqsədimiz onlara çətin, məsuliyyətli və şərəfli peşə fəaliyyətlərinə görə təşəkkür etmək və əməkdaşlığı daha da möhkəmləndirməkdir. 

Alim təmsil etdiyi müəssisənin əsas elmi fəa­liyyət istiqamətləri, əldə edilən elmi nailiyyətlə­ri, gələcək perspektivləri haqqında qısa məlumat verərək bildirdi ki, fəaliyyətimizin xalqımıza opera­tiv və dolğun şəkildə çatdırılmasında mətbuatın rolu çox böyükdür.

Baş direktor bundan sonra da ölkə mediası ilə əməkdaşlığa önəm veriləcəyini qeyd etdi. Peşə bay­ramı münasibəti ilə jurnalistlərə təbriklərini çatdı­ran institutun icraçı direktorunun kimya elmləri doktoru, professor Əfsun Sucayev peşəkar qələm sahiblərinə dəstək göstərilməsinin vacibliyini diqqətə çatdırdı. 

“Azərbaycan müəllimi” qəzetinin şöbə redak­toru Oruc Mustafayev, “Xalq qəzeti”nin müxbiri Pünhan Əfəndiyev və AZƏRTAC-ın müxbiri Sevda Cəfərova bundan sonra da elmi qurumların fəaliy­yətini geniş isıqlandıracaqlarını söylədilər, səmimi təbrikə görə razılıqlarını bildirdilər.

XQ

Son xəbərlər