İnsanabənzər robot maşın da sürəcək

post-img

Avtonom nəqliyyat vasitələri ilə bağlı araşdırmalar davam edərkən, tədqiqatçılar iki trend mövzunu bir araya gətiriblər. Belə ki, Tokio Universitetində avtomobili avtonom şəkildə idarə edə bilən insanabənzər robot hazırlanıb.

Toyota üçün məsləhətçi kimi çalışan tədqiqatçılardan biri, Musashi adlandı­rılan "əzələ-skelet humanoidi"nə kiçik elektrikli avtomobili idarə etməyi öyrə­dərək inkişaf etdirib və təlim keçirib. Bu ad əslində Yaponiya tarixinin ən istedad­lı qılınc ustalarından biri olan Miyamoto Musashi-dən gəlir. İnsanabənzər robot Musashi, maşını işə sala, əl əyləcini çəkə və əlləri ilə siqnal verə bilir. O, həmçinin qaz və ya əyləc pedallarını da basa bilir.

Tədqiqatçılar iddia edirlər ki, Musas­hi-nin xam sensor məlumatlarını daha da inkişaf etdirərək avtomobili idarə etməyi öyrətdikdən sonra robotun işıqforun siq­nallarına tabe olaraq kəsişmədə döngəni döndərməsinə nail olublar. Lakin robotun hazır hala gəlməsi üçün hələ çox uzun bir yol var. Çünki robotun bu manevri tamam­laması təxminən 2 dəqiqə davam edib. Tədqiqatçılar əldə edilən məlumatlardan istifadə edərək gələcəkdə humanoidlərin avtomobilləri avtonom şəkildə idarə edə bilməsi üçün növbəti aparat və proqram təminatını hazırlamaq istəyirlər. 

Avtonom nəqliyyat vasitələri və insa­nabənzər robotlar arasında belə bir taraz­lığın və yanaşmanın yaradılması açıq şə­kildə vacibdir. İnsanabənzər robotlar və tam avtonom nəqliyyat vasitələri ayrı-ay­rılıqda inkişaf etsə də, əslində bir-biri ilə sıx əlaqəli ola bilər. Çünki dünyada avto­nom idarəetmə sisteminə sahib avtomo­billər çox deyil və bu gələcəkdə də belə olacaq. İnsanabənzər robotlar sayəsində mahiyyət etibarilə bütün bu nəqliyyat va­sitələri avtonom hala gətirilə və yeni nəsil trafik sistemlərinə sürətli keçid edilə bilər.

Son xəbərlər