Bizim qızın sorağı “Forbes”dən gəlir

post-img

İsveçrənin Federal Texnologiya Universitetinin magistri Günay İmanzadə minlərlə şəxsin arasından seçilərək dünyaca məşhur biznes jurnalının 30 yaşa qədər uğur qazanan 30 nəfərin siyahısına düşüb. 

O, 2017-ci ildə Bakı Dövlət Universite­ti, Sabah qrupları, kimya (ingilis bölməsi) bakalavr pilləsini bitirib.

2022-ci ildə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təsis etdiyi “İlin İKT sa­hibkarı” nominasiyasının qalibi olub. “Ent­house” layihəsinin həmmüəllifidir. Tekno­fest Türkiyə yarışması zamanı layihəsi maraqla qarşılanıb və bir çox sürətlən­dirmə proqramı ilə Türkiyə bazarına çıxış təklifi alıb. Teknofest Azərbaycan yarış­masında C kateqoriyası üzrə 1-ci yeri tu­tub və hər iki ölkə başçısı İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Nobel laureat­çısı Əziz Səncər tərəfindən medal və pul mükafatı ilə şəxsən təltif olunub.

Günay İmanzadə Metatesk startapı­nın təsisçisidir. Startap “ABB Startup Ha­ckathon”un qalibi, İnnovasiya və Rəqəm­sal İnkişaf Agentliyinin təsis etdiyi “İlin kəşfi” nominasiyasının finalçısı, “Micro­soft for Startups” proqramının üzvü, “Go­ogle for Startups” akselerasiya proqramı­nın iştirakçısıdır. Roblox şirkəti ilə təhsil sahəsində əməkdaşlıq edir. 2018-ci ildə İsveçrənin Federal Texnologiya Univer­sitetində çalışıb. Çində beynəlxalq mək­təbdə elm istiqaməti üzrə tədris aparıb. “Enthouse” layihəsi balıq və bitkilərin eyni anda hava, su və torpaqdan asılı olmaya­raq istehsalına şərait yaratmaqdan əlavə onlar haqqında bütün məlumatların ağıllı idarə olunmasına və ən əsası təhlükə­sizliyinə zəmanət verir. Metatesk startapı tədris və öyrənmə prosesini növbəti pil­ləyə qaldıraraq virtual reallıq (VR) tex­nologiyasının köməyi ilə metadünyalarda təhsil istiqaməti ilə bağlıdır.

Son xəbərlər