Şagirdin “ağıllı əsa”sı

post-img

Qubada Vətən müharibəsi Qəhrə­manı Mehrab Niftəliyevin adını daşıyan Texniki Təmayüllü Liseyin X sinif şa­girdi Zamiq Şükürov görmə əngəlli in­sanlar üçün süni intellektlə işləyə bilən əsa hazırlayıb. Onun hazırladığı “ağıllı əsa” günəş enerjisi ilə işləyir və görmə əngəlli insanın maneəsiz hərəkətini tam təmin edir.

Bizimlə söhbətində məktəbli qeyd etdi ki, onun hazırladığı proqramlı alət əlillər üçün musiqi səsləndi və onları dünyada baş verən yeniliklərdən xəbərdar edə bilir: 

– Uşaqlıqdan kompüterlə məşğul olu­ram. Daha sonra qərara gəldim ki, belə bir cihaz hazırlayım. Cihazın əsas funksiyası qarşıda maneə varsa, görmə əngəlli insa­na kömək etməkdir. Maneənin hansı tərə­fində yol varsa, həmin tərəfdən motor səsi gəlir. Uzunluğu 2 metr olan əsanın virtual assistantı var. O, görmə əngəlli insan üçün kitab oxuyur, xəbərləri səsləndirir, hava durumu haqqında məlumat verir. Cihazın park modu həzin mahnıları işə salır, əngəlli şəxsin əyləşməsi üçün oturacaq tapır – iş­ləmə prinsipi belədir.

Qeyd edək ki, Zamiq Şükürov Bakıda keçirilən Robotex Azərbaycan Avrasiya çempionatında və Texno-Qafqaz festiva­lında proqramlaşdırma üzrə 1-ci yeri tutub.

Son xəbərlər