“100 min dollar”lıq təqaüd

post-img

Bakı Ali Neft Məktəbinin (BANM) informasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Eşqin Həsənov ABŞ-nin Mərkəzi Florida Universitetinin doktoranturasına qəbul olub.

Bu barədə ötən ay “Azərbaycan Uni­versitetləri” səhifəsi sosial şəbəkədə paylaşım edib. Bildirilib ki, o, universite­tin xüsusi nailiyyəti olan tələbələr üçün nəzərdə tutulan “ORCGS doctoral fel­lowship” proqramına seçilib və ildə 100 min dollar təqaüd qazanacaq.

Qeyd edək ki, E.Həsənov 2019-cu ildə universitetə 675 balla daxil olub, Pre­zident təqaüdünə layiq görülüb. Təhsil aldığı müddətdə akademik göstəricilə­ri yüksək olub, həmçinin müxtəlif elmi məqalələr hazırlayıb.

BANM tələbəsi Azərbaycanda ilk dəfə ən son texnoloji yeniliklərdən sayılan “GraalVM” köməyi ilə “Java” proqram­laşdırma dilinin daxilində “Python” proq­ramlaşdırma dili kodunu istifadə edib. Bu tətbiq dünya miqyasında da, sadəcə, bir neçə layihədə mövcuddur.

Son xəbərlər