Yeni kvant kompüteri əvvəlki rekordu 100 dəfə üstələyən performansı ilə diqqət çəkib. Belə ki, “Quantinuum” firmasının kompüter mühəndisləri və alimləri yeni 56 kubitlik H2-1 kompüterindən istifadə edərək cihazı müxtəlif səviyyələrdə və fərqli qubitlərlə çalışdırıblar.
Təcrübədə kvant kompüterlərini nə qədər səhvə meyilli olmasını və ya nəticələrin nə dərəcədə qeyri-müəyyən olmasını göstərən standart alqoritmlə sınaqdan keçiriblər. Nəticədə, kvant kompüterlərinin qubitlər sayəsində daha çox əməliyyat yerinə yetirməklə yanaşı, paralel emal həyata keçirə bilməsi məlum olub.
Məlumat üçün qeyd edək ki, kvant kompüterlərinin adi kompüterləri üstələdiyi nöqtə “kvant üstünlüyü” adlanır. Bu hesablama qabiliyyətinə nail olmaq üçün 1 milyon kubitlik bir maşın tələb olunur. Bu gün ən güclü maşın, təxminən, 1000 kubit hesablama gücünə malikdir. Bunun səbəbi onların səhvə meyilli olması və emal gücünün çoxunun səhvlərin düzəldilməsi üçün istifadə edilməsidir.