Süni intellektin “qocalma diaqnozu”

post-img

İnsanların üzlərinin hərarətini ölç­məklə onların sağlamlıq vəziyyətini və qocalma dərəcəsini müəyyən etmək üçün üsul hazırlanıb. “The İndependent” nəşri yazıb ki, süni intellektə əsaslanan texno­logiyanın müxtəlif xəstəliklərin erkən di­aqnozunu təxmin edəcəyi gözlənilir.

Alimlər üzün müxtəlif hissələrində temperaturun dəyişməsi ilə xəstəliklər arasında əlaqəni aşkar etmək üçün araş­dırma aparıblar. Onlar təxminən, 2800 çinli iştirakçının üzlərinin termal fotoşə­killərini çəkib və bu şəkillərdə 54 nöqtəni müəyyən ediblər. Tədqiqatçılar yaşları 21-88 arasında dəyişən iştirakçıların nor­mal fotoşəkillərində 486 bal qeyd edərək, üzləri arasında daha yaxşı müqayisə apa­rıblar. Bu termal məlumatlarla öyrədilmiş süni intellekt modeli daha sonra müxtəlif bölgələrdəki temperaturları nəzərdən ke­çirərək iştirakçıların bioloji yaşlarında təx­min edib.

“Hüceyrə Metabolizmi” jurnalında dərc edilən araşdırma insanın yaşlandıq­ca burun və yanaqlarının daha da soyu­duğunu müəyyənləşdirib. “ThermoFace” adlanan üsul, metabolik xəstəliklərdən əziyyət çəkən insanların göz bölgəsi­nin daha isti olduğunu və daha sürətli termal yaşlanma göstərdiyini ortaya qo­yub. Həmçinin müəyyən edilib ki, yüksək təzyiq yanaqların qızarması ilə özünü göstərir. İştirakçıların qan nümunələri­ni təhlil edən alimlər göz və yanaq ət­rafında temperaturun artmasının daha çox iltihabla əlaqəli olduğunu müşahidə ediblər.

Araşdırmaya rəhbərlik edən Jing-Dong Jackie Han bildirib ki, termal saat metabolik xəstəliklərlə çox güclü şəkildə əlaqələndirilir və əvvəlki üz görüntüləmə modelləri bu xəstəlikləri proqnozlaşdıra bilməyib. O qeyd edib ki, “ThermoFace” müxtəlif testlərə və qan nümunələrinə ehtiyac olmadan, sadəcə olaraq, üz tem­peraturunu ölçməklə xəstəliklərə diaqnoz qoya bilər: “Yaşlanma təbii bir prosesdir. Bununla belə, bizim alətimiz sağlam qo­calmanı dəstəkləmək və insanların xəstə­liksiz yaşamasına töhfə vermək potensia­lına malikdir”. 

Alimlər gələcək tədqiqatlarında “Ther­moFace” ilə yuxu pozğunluqlarını və ürək xəstəliklərini aşkarlamağa çalışacaqlar. Metod hələ başlanğıc mərhələsindədir, lakin tədqiqatçılar erkən diaqnoz qoya bilən bu tətbiqin bir gün xəstəxanalarda istifadə ediləcəyinə ümidvardırlar.

Son xəbərlər