İqtisadiyyat naziri Mikayıl Cabbarov Şuşada Moldovanın “Purcari Wineries” şirkətinin baş icraçı direktoru Viktor Bostanla görüşüb.
Vurğulanıb ki, Azərbaycan və Moldova arasında münasibətlər inkişaf edir, iqtisadi gündəlik genişlənir. Moldova ilə iqtisadiyyatın bir çox sahələri, o cümlədən, aqrar istiqamətlər üzrə tərəfdaşlığa dair mövcud potensial qeyd olunub, işğaldan azad olunmuş ərazilərimizdəki biznes layihələrində Moldova şirkətlərinin iştirakı imkanları diqqətə çatdırılıb.
Tərəflər işğaldan azad edilmiş ərazilərimizdə biznes qurmaq üçün yaradılmış şərait, potensial əməkdaşlıq və şərab zavodunun fəaliyyətinin təşkili imkanları barədə fikir mübadiləsi aparıblar.
XQ