Monteneqro–Azərbaycan biznes-forumu

post-img

Monteneqronun paytaxtı Podqoritsa şəhərində Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Ko­missiyanın 3-cü iclası çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Monteneqro İqtisadiyyat Palatası və Monteneqro İnvestisiya Agentli­yinin birgə təşkilatçılığı ilə Monteneqro–Azərbaycan biznes-forumu keçirilib.

Forumda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sa­hil Babayev ölkələrimiz arasında əlaqələrin dostluq və əməkdaşlıq ruhunda daim inkişaf etməkdə ol­duğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin, davamlı siyasi dialoqun əlaqələrimizin gələcək inkişafı üçün mühüm önəmini qeyd edib. Azər­baycanın Monteneqroda əsas in­vestorlardan biri olduğunu bildirən nazir, ölkələrimizin enerji və nəq­liyyat sektorlarında, eləcə də ticarət sahəsində istifadə olunmamış böyük əməkdaşlıq potensialının mövcudluğu­nu vurğulayıb.

Tədbirdə Monteneqro Hökumətinin iqtisadi siyasət üzrə Baş nazirinin müa­vini, iqtisadi inkişaf naziri Nik Celoşay ölkələr arasında ticarət dövriyyəsinin artırılmasının əsas məqsədlərdən oldu­ğunu diqqətə çatdırıb.

Son xəbərlər