Səbinə Əliyeva AOA-nın Direktorlar Şurasının iclasında

post-img

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Sə­binə Əliyeva Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Direktorlar Şurasının Türkiyənin İstanbul şəhərində keçirilən 25-ci iclasında iştirak edib.

Yaponiyanın, Cənubi Koreyanın, Çinin, Honkonqun, Pakistanın, Türkiyə­nin, Tatarıstanın, İranın ombudsman təsisatlarının rəhbərləri və nümayən­dələrinin iştirak etdiyi iclasda Assosia­siyanın ötən müddət ərzində fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində müzakirələr aparılıb.

Səbinə Əliyeva çıxış edərək hazır­da dünya üçün aktual məsələlərdən biri olan biznes və insan hüquqları sahəsi­nin önəmini vurğulayıb, bu istiqamətdə təsisat tərəfindən həyata keçirilən təd­birlərdən danışıb. 

Daha sonra BMT-nin İnkişaf Proqra­mının İstanbul regional mərkəzinin nü­mayəndəsi tərəfindən “Biznes və insan hüquqları üzrə ilkin milli qiymətləndirmə sənədi: Azərbaycan təcrübəsi” mövzu­sunda təqdimat keçirilib.

Son xəbərlər