Macarıstanda rəsmi səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 28-də bu ölkənin Müdafiə naziri Kristof Szalay-Bobrovnicski ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdirildiyi qeyd edilib. Hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsi məqsədilə belə səfərlərin əhəmiyyəti vurğulanıb. Birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonda media nümayəndələri üçün mətbuat konfransı keçirilib.