Gürcüstanın Marneuli şəhərində “GES Youth Energy+” proqramı çərçivəsində “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş növbəti görüş keçirilib.
“İnkişaf və Təhsil Mərkəzi”nin təşkil etdiyi toplantıda sağlam həyat tərzi, təmiz ekologiya, yaşıl dünya, yaşıl enerji və s. məsələlər diqqət mərkəzində olub. Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına hazırlıqla bağlı apardığı işlər barədə soydaşlarımıza ətraflı məlumat verilib. Vurğulanıb ki, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəsi var.
İştirakçılar qlobal istiləşmə dən bəhs edən sənədli filmi izləyiblər. Layihənin məqsədi gənclərin elmi dünyagörüşlərini artırmaq və ekoloji savadlılığına dəstək olmaqdır.
XQ