Ölkə paytaxtının sanitar-təmizliyik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti şənbə günü növbəti geniş ümumşəhər iməciliyi keçirib.
Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından əsas küçə və prospektlərinə ziyansız yuyucu maddələrsəpib. İməcilik zamanı həm də məhəllədaxili və ara yollar da bu üsulla yuyulub. Xidmətin əməkdaşları həyət və yaşayış məhəllələrində təmizlik işləri aparıblar. İctimai iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməcilikdə yaxından iştirak edərək səki və vitrinləri təmizləyib, ətrafda səliqə-sahman yaradıblar.
Şəhərin müəssisə, idarə və təşkilat kollektivləri də təmizlik aksiyasında fəal iştirak ediblər. Sakinlər isə yaşadıqları mənzillərin pəncərələrini, binaların həyətini təmizləyiblər. Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliynini əməkdaşları magistral yol və prospektlərin kənarlarındakı ağaclara qulluq göstəriblər.
XQ