QMİ sədrinin RPK-nin yepiskopu ilə görüşü

post-img

İyunun 18-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin Azərbaycana yeni təyin etdiyi Yepiskop Aleksiy ilə görüşüb.

Söhbət zamanı şeyxülislam Azərbaycanın multikultural dəyərlərindən, bütün dinlərə və adətlərə bəslədiyi hörmətdən söz açaraq hər iki dinin nümayəndələri arasındakı münasibətlərin səviyyəsindən məmnunluğunu bildirən şeyxülislam bu əlaqələrin səmərəli və davamlı olacağına inandığını qeyd edib.

Ölkəmizin postmüharibə dövründə dini fəaliyyətini diqqətə çatdıran QMİ sədri vurğulayıb ki, 30 illik düşmən işğalında dağıdılmış məscid və kilsələr bu gün Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə bərpa olunur, dindarların rahat şəkildə istifadəsi üçün hər bir şərait yaradılır.

Yepiskop Aleksiy Azərbaycan xalqının müxtəlif dinlərə qarşı olan tolerantlığından bəhs edərək bu münasibətlərdən məmnunluğunu ifadə edib.

Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev ölkədə dini fəaliyyət üçün yaradılmış şərait üçün Azərbaycan dövlətinə təşəkkür edib. 

XQ

 

Son xəbərlər