Hərbi Prokurorluq əsgərin ölümünü araşdırır

post-img

Xəbər verildiyi kimi, Azərbaycan Ordusunun əsgəri Ceyhun Tofiq oğlu Hüseynov iyunun 9-da Sərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşmüşdü. 

Müdafiə Nazirliyinin dünən yaydığı məlumatda bildirilir ki, əsgər Ceyhun Hüseynovun meyiti dünən səhər Günnüt istiqamətində aşkar edilib. Hərbi Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda isə deyilir ki, əsgərin ölümü ilə bağlı araşdırma aparılır. Prokurorluğun əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, müvafiq izahatlar alıblar. İstintaq davam etdirilir.

XQ

 

Son xəbərlər