Gürcüstanın “Sakartvelos Respublika” qəzetində şərqşünas-alim, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadənin “Azərbaycan Respublikasının İslam dünyasında yeri və rolu” məqaləsi dərc olunub. Yazı “Alyans Gənclər Mərkəzi”nin “Maddi-mənəvi irsimizin təbliğı” layihəsi çərçivəsində dərc edilib.
Yazıda Azərbaycan Prezidentinin 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi İli” elan etməsi haqqında sərəncamının əhəmiyyəti qeyd olunur. Bildirilir ki, Azərbaycanın İslam dünyasındakı yeri və rolu bu sərəncamda çox yığcam, aydın və məntiqli şəkildə əksini tapıb.
Qəzetin bir səhifəsini əhatə edən məqalədə qeyd olunur ki, ölkəmizdə yaşayan əhalinin 96 faizini müsəlmanlar təşkil edir. Azərbaycan bu gün dünyanın inkişaf etmiş dövlətləri sırasında dayanan, həm daxili, həm də xarici siyasətində demokratik prinsipləri rəhbər tutan tolerant dövlətdir. Azərbaycan bir çox millətlərin və dini konfessiyaların birgə, dinc şəkildə yaşamasının unikal nümunəsidir. Bu gün Azərbaycanda 50-yə yaxın kilsə, ibadət evi, sinaqoq mövcuddur. Bunlardan 6-sı rus pravoslav, 4-ü gürcü pravoslav, 5-i erməni qriqorian, 1-i Roma katolik kilsəsidir.
Paşa ƏMİRCANOV
XQ