Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası

post-img

İyunun 7-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2024-cü ilin növbədənkənar sessiyasının ilk iclası keçirildi. 

Spiker Milli Məclisdə Türk Döv­lətləri Parlament Assambleyasının 13-cü Şura və plenar iclaslarının, Assambleyanın Qadın Parlamenta­rilər Qrupunun və Gənc Parlamen­tarilər Qrupunun toplantılarının, həmçinin parlament Baş katiblərinin birinci görüşünün keçirilməsi barə­də deputatlara məlumat verdi. 

S.Qafarova iclasın gündəliyinə 13 məsələnin daxil edildiyini bildir­di. Sədr dedi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata ke­çirilən uğurlu inkişaf strategiyası 2024-cü ilin ötən dövründə də iq­tisadiyyatın yüksəlişini təmin edib. Ölkənin əsas makroiqtisadi göstəri­cilərində artım müşahidə olunur. O diqqətə çatdırıb ki, bu ilin 4 ayının yekunlarına görə, ölkədə 38,2 mil­yard manat Ümumi Daxili Məhsul istehsal edilib, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə artım 4,3 faiz təşkil edib. Qeyri-neft - qaz sekto­runda isə artım daha yüksək – 7,7 faiz olub. 2024-cü il dövlət büdcəsi gəlirlərinin artımı 4 ayın yekunlarına görə 9 faizdən çox olub. 

Sonra parlamentin İqtisadi si­yasət, sənaye və sahibkarlıq ko­mitəsinin sədri Tahir Mirkişili “Azər­baycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumatı təqdim etdi. 

Komitə sədri bildirdi ki, 2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsi qəbul olunarkən dövlət büdcəsi gəlirlərinin 34 173 milyon, xəclərinin 36 763 milyon, dövlət bü­dcəsi kəsirinin isə 2 590 milyon ma­nat olacağı planlaşdırılmışdı. Eyni zamanda, 2024-cü ildə ÜDM-in real artım tempinin 2,4 faiz, qeyri-neft-qaz ÜDM-nin real artım tempinin 4,6 faiz, inflyasiyanın orta illik sə­viyyəsinin 5,3 faiz olacağı proqnoz­laşdırılmış, dövlət büdcəsində he­sablamalar neftin bir barelinin orta illik qiymətinin 60 dollar səviyyəsinə uyğun həyata keçirilmişdi.

O, bu ilin yanvar-aprel ayla­rında Azərbaycan iqtisadiyyatında yaradılmış əlavə dəyər 38.2 milyard manat olmuş, iqtisadi artım tempi proqnozlaşdırılan illik 2, faizə qarşı 3,8 faiz təşkil etmişdir. Bu ilin 4 ayı ərzində dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 1 094.4 milyon ma­nat və ya 9,2 faiz çox təşkil etmişdir. Bu artım dövlət büdcəsi gəlirlərinin proqnozuna yenidən baxılmasına zərurət yaratmışdır. 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılma zamanı təqdim edilmiş məlumat­larda ÜDM-in ilkin təqdim edilmiş 118,3 milyard manatdan 121,3 mil­yard manatadək artırılması, iqtisadi artım tempinin isə ilkin təqdim edil­miş 2,4 faizdən 3,8 faizə yüksəldil­məsi əks olunmuşdur.

Maliyyə naziri Samir Şərifov çıxış edərək qanun layihəsi ilə bağlı fikirlərini açıqladı. O dedi ki, 2024-cü ilin 4 ayında dövlət büdcəsinin gəlirləri 12 milyard 144 milyon ma­nat proqnoza qarşı 13 milyard 259 milyon manat olub. 2024-cü ilin yanvar-aprel ayları üzrə dövlət bü­dcəsinin gəlirlərinin 6 milyard 867 milyon manatı qeyri-neft sektorunun payına düşmüşdür ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 434 milyon manat və ya 6,8 faiz çox­dur. Dövr ərzində dövlət büdcəsi­nin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 51,8 faiz təşkil edib. Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft gəlirləri üzrə proqnoza nisbətən 594 milyon manat və ya 15,1 faiz, Dövlət Gömrük Komitəsinin xətti ilə 131 milyon manat və ya 7,1 faizçox daxilolmalar qeydə alınıb. 

“Dövlət sosial müdafiə fondu­nun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barə­də və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qa­nunda dəyişiklik edilməsi barədə qanun layihələri barədə parlamen­tin Əmək və sosial siyasət komitə­sinin sədri Musa Quliyev məlumat verdi. Bildirilib ki, DSMF büdcəsinin 2024-cü il üçün dürüstləşmiş gə­lirləri və xərcləri 30 milyon manat artaraq 6.949.860 min manat təşkil edəcəkdir.

Plenar iclasda Hesablama Pala­tasının sədri Vüqar Gülməmmədov çıxış edərək “Azərbaycan Respub­likasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edil­məsi barədə, “Dövlət sosial mü­dafiə fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edil­məsi barədə və “İşsizlikdən sığor­ta fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edil­məsi barədə qanun layihələrinə dair Palatanın rəyini təqdim etdi.

Hər üç qanun layihəsi müza­kirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Sonra gündəlikdəki digər qanun layihələri müzakirə olunaraq müva­fiz qərar qəbul edilib. 

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər