Baş nazirin müavininin Sankt-Peterburq görüşləri

post-img

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti XXVII Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edib. 

Forum çərçivəsində bir sıra görüşlər də keçiri­lib. Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini Maksim Oreşkinlə görüşdə dostluq və mehriban qonşuluq təməlləri üzərində qurulmuş Azərbaycan-Rusiya əməkdaşlığının strateji tərəf­daşlıq səviyyəsində hərtərəfli inkişafında dövlət başçılarının xüsusi rolu vurğulanıb. Həmçinin ticarət əlaqələrinin təşviqi, iqtisadi əməkdaşlıq çərçivəsində klasterlərin yaradılması, Azərbay­can-Rusiya regionlararası forumlarının keçirilmə­si, iqtisadi zonalar üzrə fəaliyyətin təkmilləşdiril­məsi və sərhəd-keçid məntəqələrinin imkanlarının artırılmasından məmnunluq ifadə edilib. 

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif aspektləri müzakirə olu­nub. Azərbaycan ilə Macarıstan arasında ikitərəf­li, o cümlədən çoxtərəfli münasibətlərin inkişaf etdiyi, əməkdaşlıq gündəliyinin genişləndirilmə­sində və perspektivlərin müzakirəsində qarşılıqlı təmasların və səfərlərin əhəmiyyəti vurğulanıb. İki ölkə arasında müxtəlif, o cümlədən iqtisadi, ti­carət, enerji təhlükəsizliyi, investisiyalar və digər sahələr üzrə əməkdaşlığın möhkəmləndirilməsi, həyata keçirilən birgə layihələrin uğurlu icrasının əhəmiyyəti qeyd olunub. 

Rusiya Federasiyasının Dağıstan Respubli­kası Hökumətinin sədri Abdulmuslim Abdulmusli­movla görüşdə əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlıq müzakirə olu­nub. Vurğulanıb ki, sərhəd-keçid məntəqələrinin yenidən qurulması nəticəsində onların keçid qa­biliyyəti, eləcə də yükdaşımaların həcmi artıb. Bununla yanaşı, yolların genişləndirilməsi üçün əlavə tədbirlər görülür. 

Baş nazirin müavini Şahin Mustafayev Ru­siya Federasiyası İnquşetiya Respublikasının rəhbəri Mahmud Əli Kalimatovla görüşdə Rusi­ya və Azərbaycan prezidentlərinin regionlararası əlaqələrin inkişafına dair tapşırıqlarının fəal şəkil­də icra edildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan-Rusiya regionlararası forumlarının keçirilməsi, mütəmadi əsasda təşkil olunan biz­nes forumlar, eləcə də iki ölkənin regionları ara­sında biznes-missiyaların icrası xüsusi əhəmiy­yətə malikdir. 

Şahin Mustafayevlə Sankt-Peterburq şəhəri­nin qubernatoru Aleksandr Beqlovun görüşündə isə qeyd edilib ki, Peterburq Beynəlxalq İqtisadi Forumu Azərbaycanın iqtisadi inkişaf məsələləri­nin və Peterburqla əməkdaşlığın müzakirəsi üçün mühüm platforma rolunu oynayır.

Aleksandr Beqlov Sankt-Peterburq və Azər­baycanın 2024-2028-ci illər üzrə yeni "Yol xəritə­si" çərçivəsində birgə fəaliyyəti davam etdirdiyini deyib. Bildirilib ki, Rusiya-Azərbaycan münasibət­ləri yüksək səviyyədə olmaqla bərabərhüquqluluq prinsipi və bir-birinin maraqlarını nəzərə almaqla inkişaf etdirilir.

Azərbaycan Respublikası Baş nazirinin müa­vini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayən­də heyətinin Rusiyanın Sankt-Peterburq şəhərinə səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müa­vini Aleksey Overçukla görüşü keçirilib.

Görüşdə Azərbaycanla Rusiya arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Dövlət başçılarının siyasi iradəsinin və dostluq münasibətlərinin, qarşılıqlı səfərlərin, həmçinin keçirilən birgə tədbirlərin əməkdaşlığın daha da dərinləşməsinə xidmət etdiyi diqqətə çatdırılıb. 

Görüşdə qarşılıqlı əməkdaşlığın inkişafı, birgə layihələrin icrası, ikitərəfli ticarət-iqtisadi əmək­daşlığın cari məsələləri, Azərbaycan Respublika­sı ilə Rusiya Federasiyası arasında iqtisadi əmək­daşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyət gündəliyinə daxil olan məsələlər müzakirə edilib, Komissiyanın qarşıdan gələn iclasının gündəliyindəki mövzular barədə fi­kir mübadiləsi aparılıb. 

Tərəflər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə infrastrukturun inkişafı üçün zəruri olan normativ hüquqi bazanın yaradılmasına dair Fəaliyyət Planının icrasını və atılacaq növbəti ad­dımları müzakirə ediblər. 

Görüşdə Fəaliyyət Planı üzrə işlərin sürətlən­dirilməsinə dair məsələlər də nəzərdən keçirilib. 

XQ

Son xəbərlər