Parlament xəbərləri

post-img

Azərbaycan Milli Məclisi ilə Özbə­kistan Ali Məclisi Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üçün praktiki tədbirlər planı (yol xəritəsi) imzalanıb.

Milli Məclisin Mətbuat və ictimaiy­yətlə əlaqələr şöbəsindən bildiriblər ki, sənədi Azərbaycan tərəfindən Milli Məc­lisin sədri Sahibə Qafarova, Özbəkistan tərəfindən isə bu ölkənin Ali Məclisi Se­natının sədri Tənzilə Narbayeva imzala­yıblar.

İmzalanma mərasimində qeyd olu­nub ki, dost və qardaş ölkələrimiz, döv­lət başçılarımız arasında mövcud yüksək səviyyəli münasibətlər qanunvericilik orqanlarımız arasında da əlaqələrin daha da genişləndirilməsinə stimul verir. Bu mənada imzalanan yol xəritəsinin parla­mentlərimiz arasında əməkdaşlığın daha da dərinləşməsində əhəmiyyəti diqqətə çatdırılıb.

Qeyd edək ki, sənəddə qarşılıqlı səfərlərin təşkili, qanunvericilik fəaliy­yəti sahəsində təcrübə mübadiləsi, bey­nəlxalq parlament təşkilatlarında qarşılıq­lı fəaliyyət və digər məsələlərlə əlaqədar müddəalar öz əksini tapıb.

***

Milli Məclisin Sədri Sahibə Qafa­rova Türk Dövlətləri Parlament As­sambleyasının (TÜRKPA) 13-cü Ple­nar iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre ilə görüşüb. 

Görüşdə plenar iclasın yüksək sə­viyyədə təşkil olmasından məmnunluq ifadə edilərək, bildirilib ki, TÜRKPA qa­nunvericilik orqanlarımız arasında əmək­daşlığın daha da genişləndirilməsi və yeni istiqamətlər üzrə zənginləşdirilməsi baxımından əhəmiyyətli platformadır. Milli Məclisin sədri Sahibə Qafarova Azərbay­canın bu təşkilata sədrlik edəcəyi qarşı­dakı dövrdə parlamentlərarası münasi­bətlərimizin daha da möhkəmləndirilməsi istiqamətində bütün zəruri addımların atı­lacağını söyləyib.

Söhbət zamanı Prezident İlham Əliye­vin iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən, səsləndirdiyi çox mühüm fikirlərə diqqət çəkilərək, Azər­baycan dövlət başçısının rəhbərliyi ilə Türk dünyasının gücləndirilməsi, ikitərəf­li və çoxtərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişafı istiqamətində gördüyü işlərin önəmi qeyd edilib.

Görüşdə 2023-cü ilin oktyabrında Bakıda “Şimali Kipr Türk Cümhuriyyəti Mədəniyyət və Təqdimat Günləri"nin ke­çirilməsi, bu çərçivədə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü məmnunluqla xatırla­nıb. Söhbət zamanı qanunverici orqanlar arasında əlaqələrlə bağlı fikir mübadilə­si aparılıb. Zorlu Töre bu ilin aprelində Milli Məclisdə Azərbaycan–Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması­na görə təşəkkürünü ifadə edərək, deyib ki, Azərbaycanın bu addımı Şimali Kipr Türk Cümhuriyyətində yüksək minnətdar­lıqla qarşılanıb. 

XQ

Son xəbərlər