Anar Ələkbərov Türkiyənin birinci xanımı Əminə Ərdoğan ilə görüşüb

post-img

Ankarada səfərdə olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Türkiyənin birinci xanımı Əminə Ərdoğan ilə görüşüb. 

AZƏRTAC xəbər verir ki, Əminə Ər­doğan “X” sosial şəbəkəsindəki rəsmi he­sabında görüşlə bağlı paylaşım edib.

Paylaşımda qeyd edilib ki, görüşdə Bakıda keçiriləcək BMT-nin İqlim Də­yişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi barədə fikir mü­badiləsi aparılıb, tədbirə dair əməkdaşlıq sahələri dəyərləndirilib. 

Türkiyənin birinci xanımı bütün dünya liderlərini iqlim mövzusunda birləşdirəcək bu əhəmiyyətli tədbirə Azərbaycanın ev sahibliyi edəcəyinin verdiyi sevinc hissini bir daha dilə gətirib. 

Əminə Ərdoğanın paylaşımında “Tür­kiyə olaraq daim qardaş ölkəmiz Azər­baycanın yanındayıq”, – deyə bildirilib.

Son xəbərlər