Hərbi Lisey kursantlarının növbəti buraxılışı

post-img

Dünən Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyin 24-cü buraxılışı münasibətilə təntənəli mərasim keçirilib. 

Naxçıvan Muxtar Respublikasında Azər­baycan Respublikası Prezidentinin səlahiy­yətli nümayəndəsi Fuad Nəcəfli kursantların vətən qarşısında hərbi xidmət borcunun öhdə­sindən layiqincə gələcəklərinə əminliyini bil­dirib, təhsillərində və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Elşad Həsənov göstərilən diqqət və qayğıya görə Heydər Əliyev adına Hərbi Li­seyin şəxsi heyəti adından dövlətimizə min­nətdarlığını bildirib, kollektivin bundan sonra da yeni parlaq nəticələr qazanacağına hər kəsi əmin edib.

Heydər Əliyev adına Hərbi Liseyin mə­zunu Ülvi Əzizzadə yoldaşlarını təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 

Sonra səlahiyyətli nümayəndə liseyin ingilis dili müəllimi Mətanət Eminovaya “Əməkdar müəllim” fəxri adının döş nişanını və əlaçı kursantlara attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıb.

Kursant Anar Allahverdiyev təhsil oca­ğının rəmzi kötüyünə 2024-cü ilin xatirə damğasını vurub. Sonra Döyüş bayrağı növ­bəti buraxılışın kursantlarına təhvil verilib. Orkestrin müşayiətilə “Hərbi lisey marşı” ifa edilib, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib.

XQ

Son xəbərlər