BMT Baş katibi normallaşma prosesini yaxından izləyir

post-img

“BMT-nin Baş katibi Azərbaycanla Ermənistan arasında normallaşma prosesini yaxından izləyir”.

Bu barədə BMT-nin mətbuat xidmətinin AZƏRTAC-ın ABŞ bürosunun sorğusuna cavabında deyilib.

Bildirilib ki, Baş katib Antonio Quterreş aprelin 19-da sərhədlərin delimi­tasiyasına dair əldə olunmuş razılaşmanı alqışlayıb.

“O, tərəfləri sərhədin qalan hissələrinin delimitasiyası və demarkasiya­sını davam etdirməyə və münasibətlərin tam normallaşmasına nail olmaq üçün geridə qalan bütün ikitərəfli məsələləri həll etməyə çağırıb. Hazırda Azərbaycanın və Ermənistanın sülh sazişi üzərində işləməyə davam etməsi ümidvericidir. Biz ümid edirik ki, xarici işlər nazirlərinin mayın 10-11-də Alma­tıda keçirilmiş görüşü yerdə qalan məsələlərin həllinə yönəlmiş konstruktiv təmaslarla davam edəcək”, – deyə BMT mətbuat xidmətinin cavabında qeyd olunub.

XQ

Son xəbərlər