İtkin düşən 2 nəfər tapılıb

post-img

Sabunçu və Xətai rayonları ərazisində itkin düşmüş şəxslər tapılaraq aidiyyəti üzrə təhvil veriliblər. Məlumatı DİN mətbuat xidməti verib. 

Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 2-də Sabunçu rayonu ərazisində itkin düşmüş 2002-ci il təvəllüdlü, mayın 3-də isə Xətai rayonu ərazisində itkin düşmüş 1990-cı il təvəllüdlü kişi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər