Türkiyənin vitse-prezidenti Selcuk Bayraktara təşəkkür edib

post-img

Türkiyəyə müdafiə təyinatlı məhsulların tədarükü Ankaranın beynəlxalq arenada maraqlarının təbliğinə mühüm töhfə verir. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın çərşənbə axşamı, mayın 21-də sosial şəbəkələrdə dərc olunmuş paylaşımında deyilir.

C.Yılmaz yazıb: “Türkiyə müdafiə kompleksinin yüksək texnologiyalı məhsulları hazırda bu cür silahlara ehtiyacı olan bir çox ölkələrə göndərilir. Bütün bunlar ölkəmizin beynəlxalq aləmdə mövqeyini gücləndirir və əlaqələrimizin inkişafına müsbət təsir göstərir”.

Türkiyənin vitse-prezidenti yüksəkrütbəli İran nümayəndə heyətinin də iştirak etdiyi helikopterin qəzaya uğradığı ərazidə axtarış-xilasetmə əməliyyatında “Bayraktar AKINCI” PUA-nın istifadəsinə diqqət çəkib. “Bayraktar AKINCI” PUA-nın İranda nümayiş etdirdiyi imkanlar sübut edir ki, müdafiə şirkətlərimizin məhsulları təkcə hərbi məqsədlər üçün deyil, həm də mülki, o cümlədən sosial və iqtisadi missiyaların bir hissəsi kimi uğurla istifadə edilə bilər”, - deyə siyasətçi qeyd edib.

Türkiyənin vitse-prezidenti “Baykar” şirkətinin texniki direktoru Selcuk Bayraktar və komandasına ölkənin maraqları naminə uğurlu fəaliyyətlərinə görə təşəkkürünü bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Dünya