Bakı və Sumqayıtda soyğunçuluq

post-img

Mayın 19-da səhər saatlarında Nizami rayonu ərazisində bir nəfər şəxsin evinin girişində soyğunçuluq yolu ilə 100 manatının talanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub. 

DİN mətbuat xidmətinin məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 3 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Mayın 18-də gecə saatlarında Sumqayıt şəhəri ərazisində bir şəxs “VAZ-21099” markalı avtomobilə mindirilərək 12-ci mikrorayon ərazisinə gətirilib, orada soyğunçuluq yolu ilə mobil telefonu talanaraq avtomobildən düşürülüb.

Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən X.Cəbiyev və İ.Kərimov müəyyən olunaraq saxlanılıblar. 

Hər iki faktla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər