Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.

Məlumatı DİN mətbuat xidməti yayıb. 

Məlumatda bildirilir ki, mayın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 7 tüfəng və 19 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. 

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər