Dünya Gənc Türk Yazarlar Birliyinin yeni kitabları nəşr olunub

post-img

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Tanı, oxu, tanıt" ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində təşkilatın "Ədəbi toplu-2024" və "Ədəbiyyat könüllülüyü" nəşrləri işıq üzü görüb. 

Layihə rəhbəri DGTYB başqanı İntiqam Yaşar, kitabın məsləhətçisi Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, redaktoru DGTYB başqan müavini Taleh Mansur, kitabın tərtibçiləri DGTYB başqan müavini Ayşən Rəhim, DGTYB üzvü Rizvan Fikrətoğlu, dizayn-tərtibatçısı isə DGTYB İdarə Heyətinin üzvü Sərvər Kamranlıdır. 

Layihə çərçivəsində nəzərdə tutulmuş tədbirlərdə kitabın Bakıda və regionlarda təqdimatları nəzərdə tutulub. 

Anar ƏLİ

XQ

Elm