Rusiyanın 4 KİV-ə qarşı Avropa İttifaqı tərəfindən sanksiya tətəbiq edib. Bunlar “RİA Novosti”, “Rossiyskaya qazeta”, “İzvestiya” və “Avropanın Səsi” nəşrləridir. Onlar Kreml yönümlü təbliğat aparmaqda və Ukrayna ilə yaxın olan ölkələri sabitliyi pozmaqda ittiham edilir.
“İzvestiya”nın məlumatına görə, Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu qərarı tənqid edib. Onun sözlərinə görə, Avropa İttifaqının liderləri söz azadlığı hüququndan danışır, lakin ittifaq ərazisində Rusiya mediasının yayımını dayandırmaqla bu hüququ özləri pozurlar.
“İkili standartlar siyasəti Avropa strukturlarının ayrılmaz hissəsinə çevrilib. Öz vətəndaşlarını haqlı olduqlarına inandırmaq üçün heç bir arqument olmadan problem görən kimi istənilən alternativ nöqteyi-nəzərdən maneə törədir, söz azadlığını məhv edir, məlumatı sərbəst yaymaq və almaq hüququnu pozurlar”, - deyə o bildirib.
P.ƏMİRCANOV
XQ