Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Belarusun Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb

post-img

Mayın 15-də Azərbaycan Respubli­kası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərin­də məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev ölkəmizdə səfərdə olan Belarus Res­publikasının Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Belarus ara­sında münasibətlərin hazırkı vəziyyətin­dən məmnunluq ifadə olunub. Ölkələri­miz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan əlaqələrin formalaşmasında və inkişafında dövlətlərimizin başçılarının sə­mimi dostluq münasibətlərinin mühüm rol oynadığı qeyd edilib.

Həmçinin bildirilib ki, son illər ərzində iki dövlət arasında əlaqələr bir çox is­tiqamətlərdə, o cümlədən, siyasi, iqtisa­di və humanitar sahələrdə uğurla inkişaf edir, beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq həyata keçirilir.

Samir Nuriyev Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyevin rəhbərli­yi ilə işğaldan azad edilmiş ərazilərdə qısa müddət ərzində genişmiqyaslı bərpa-qu­ruculuq işlərinin aparıldığını bildirib. Pre­zident Administrasiyasının rəhbəri “Azər­baycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq görülən işlər nəticəsində artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmağa başladıqlarını və bu prosesin qarşıdakı müddətdə daha da sürətlənəcəyini vurğu­layıb.

Görüşdə işğaldan azad edilmiş əra­zilərdə də iki ölkə arasında əməkdaş­lıq üçün geniş imkanların olduğu qeyd edilərək, bu istiqamətdə fikir mübadiləsi aparılıb. 

Sonda Samir Nuriyev İqor Petrişen­koya “Qarabağ işğaldan əvvəl və sonra” kitabını hədiyyə edib.

XQ



Son xəbərlər