AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı

post-img

AMEA-nın Rəyasət Heyətində Ümummilli lider Heydər Əliyevə həsr edilmiş, Gürcüstanın “Dalğa” televiziyasının və “ERA” film studiyasının birgə ərsəyə gətirdiyi “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizdə və dünyada Ümummilli liderin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş silsilə tədbirlərin keçirildiyini, bugünkü təqdi­mat mərasiminin də Ulu öndərin əziz xatirəsinə ithaf edildiyini bildirib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Ulu öndər müasir Azərbaycanın müstəqilliyinin banisidir və ötən əsrin 90-cı illərində respublikamızı məhv olmaqdan xilas etmiş, zəngin dövlət idarəçiliyi təcrübəsi ilə ölkəmizin dünya dövlətləri sırasında özünəlayiq yer tut­ması üçün önəmli addımlar atmışdır.

Prezident İlham Əliyevin Ümummil­li liderin ideallarını inkişaf etdirərək və daha da zənginləşdirərək ölkəmizi dün­yada söz sahibi olan dövlətlərdən birinə çevirdiyini deyən akademik İsa Həbib­bəyli bugünkü Azərbaycanın uğurları­nın təməlində dahi liderin arzularının dayandığını vurğulayıb. 

Ümummilli liderin həm də Azər­baycana dost və etibarlı tərəfdaşlar qazandırdığını deyən AMEA rəhbəri bunların içərisində Gürcüstanın xüsusi yer tutduğunu söyləyib. Qeyd edib ki, müasir dövrdə bu dostluğun təməllərini Ümummilli lider Heydər Əliyev və Gür­cüstanın keçmiş prezidenti Eduard Şe­vardnadze atıb və hər iki lider “Qafqaz evi”nin yaranmasına və daim qorun­masına çalışıb. Həmçinin vurğulayıb ki, Bakı–Tbilisi–Qars dəmiryol xətti və Bakı-Tbilisi-Ceyhan boru kəməri kimi meqalayihələrlə iqtisadi əməkdaşlığı­mız güclənib, məhz Ulu öndərin təkidi ilə “Bakı–Ceyhan” boru kəmərinin adı­na “Tbilisi” sözü əlavə edilib.

İki ölkə arasında elmi əlaqələrə də toxunan akademik İsa Həbibbəyli AMEA-nın Gürcüstan Milli Elmlər Aka­demiyası ilə sıx əməkdaşlıq etdiyini, GMEA-nın prezidenti akademik Roin Metrevelinin Azərbaycan xalqının dos­tu olduğunu bildirib. Diqqətə çatdırıb ki, AMEA-nın Nizami Gəncəvi adına Ədə­biyyat İnstitutu ilə Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun əmək­daşlığı nəticəsində Bakıda, Tbilisidə və Kembric Universitetində “Nizami Gən­cəvi və Şota Rustaveli” monoqrafiyası Azərbaycan, gürcü və ingilis dillərində nəşr edilib.

Əməkdar jurnalist Şahismayıl Şəm­mədoğlunun müəllifi olduğu “Heydər Əliyev – Gürcüstan” kitabını və ssenari müəllifliyi ilə çəkilən “Dostluğun siması” sənədli filmini yüksək qiymətləndirən akademik İsa Həbibbəyli filmdə gürcü ziyalıların Ulu öndər haqqındakı ali fi­kirlərinin iki ölkə arasındakı bugünkü münasibətlərin göstəricisi olduğunu bildirərək kitabın və sənədli filmin elmi əhəmiyyətini diqqətə çatdırıb.

Şahismayıl Şəmmədoğlu Azər­baycan-Gürcüstan dostluq əlaqələri­nin tarixinə toxunub, bildirib ki, ötən əsrin 90-cı illərində Ümummilli lide­rin məqsədyönlü siyasəti nəticəsin­də iki ölkə arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, Qafqazda sülh və sabitlik bərqərar olub. O, həmçinin müxtəlif il­lərdə işıq üzü görmüş və müəllifi olduğu “Heydər Əliyev – Gürcüstan” kitabları, eləcə də ssenarisi əsasında çəkilmiş filmlər haqqında ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin sədri Levan Mamaladze “Heydər Əliyev və Gürcüstan” filminin əhəmiyyətindən bəhs edib. Natiq Ümummilli liderin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən, Ulu öndərin Gürcüs­tanın sabiq prezidenti Eduard Şevard­nadze ilə dostluq və qardaşlıq münasi­bətlərindən ətraflı danışıb. Qeyd edib ki, çətin, mürəkkəb dönəmdə Heydər Əliyev yeni dövlət strukturlarını yara­daraq yalnız Azərbaycan üçün deyil, bütövlükdə Qafqaz üçün əhəmiyyətli möhkəm sütun formalaşdırıb. 

O, Ulu öndər Heydər Əliyevlə şəx­si tanışlığından və söhbətlərindən bəhs edib. Ümummilli liderin Gürcüs­tana olan səmimi münasibətini yüksək dəyərləndirib. 

Mərasimdə, həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçı­sı Anar, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, AR Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adı­na Coğrafiya İnstitutunun şöbə müdiri professor Rza Mahmudov və Gürcüs­tan parlamentinin azərbaycanlı depu­tatı Ramiz Bəkirov çıxış edərək Azər­baycan–Gürcüstan əlaqələrindən, Ulu öndərin Qafqaz siyasətindən danışıb, belə bir filmin və kitabın ərsəyə gəlmə­sini yüksək qiymətləndiriblər.

Çıxışlardan sonra ssenari və ideya müəllifi, həmçinin prodüseri Şahisma­yıl Şəmmədoğlu, quruluşçu rejissorları Elnur Vəlizadə və Georgi Toradze olan “Dostluğun siması” sənədli filmi nüma­yiş etdirilib.

XQ





Son xəbərlər