Naxçıvanda QHT nümayəndələri ilə görüş

post-img

Aprelin 29-da Naxçıvan şəhərində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Qeyri-Hökumət Təşkilatlarının “IV İnkişaf və Mübadilə Proqramı”na başlanılıb.

Proqramda iştirak edəcək heyətlə görüşdə Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş sek­torunun müdiri Tural Əliyev, Qeyri-Hö­kumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Naxçıvan Muxtar Respublika­sında Azərbaycan Respublikası Prezi­dentinin səlahiyyətli nümayəndəliyinin təmsilçisi Günay Malikqızı, Naxçıvan Muxtar Respublikasının ədliyyə na­zirinin müavini, nazir vəzifələrini mü­vəqqəti icra edən Hüseyn Səfərov və digər rəsmi şəxslər iştirak ediblər. 

Tədbirdə Qeyri-Hökumət Təşkilat­larının cəmiyyətdə layiqli yer tutması, onların müsbət təşəbbüslərinin dəstək­lənməsi ilə bağlı Azərbaycan dövləti tərəfindən aparılan işlərin mahiyyəti, fəlsəfəsi izah olunub, iştirakçıların su­alları cavablandırılıb, təklifləri dinlənilib. Həmçinin Qeyri-Hökumət Təşkilatı nü­mayəndələrinin bilik və bacarıqlarının önəminə toxunulub, onlara mübadilə proqramında uğurlar arzulanıb. 

Günün ikinci yarısında isə işti­rakçılara “Layihələrin məqsəd və və­zifələrinin müəyyən edilməsi”, “Layihə tərəfdaşlarının, hədəf qrupları və be­nefisiarlarının təyin edilməsi və onla­rın gözləntiləri”, “Layihənin məqsəd və vəzifələri” və digər mövzularda təlimlər keçirilib, praktiki qrup işləri təşkil olu­nub.

Qeyd edək ki, iki gün davam edəcək təlim proqramlarında muxtar respub­likada fəaliyyət göstərən 50-yə yaxın Qeyri-Hökumət Təşkilatı nümayəndəsi iştirak edir və yekunda uğurlu nəticə göstərən iştirakçılara agentliyin sertifi­katları təqdim olunacaq.

Səbuhi HƏSƏNOV

Son xəbərlər