İran səfirinin xidmət müddəti başa çatır

post-img

Aprelin 20-də xarici işlər naziri Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb. 

Tərəflər hazırkı dönəmdə iki dövlət arasında tarixi köklərə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət əsasında inkişafından məmnun­luq ifadə ediblər. 

Ceyhun Bayramov regional və çoxtərəfli çərçivələrdə iki ölkə arasında əlaqələrin inkişafının, 3+3 kimi regional formatların səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb. 

Seyid Abbas Musəvi diplomatik fəaliy­yəti müddətində ona göstərilən dəstəyə görə təşəkkür edib.

Nazir Ceyhun Bayramov səfir Seyid Abbas Musəviyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər