4 kəndin qaytarılması sülh sazişinə töhfədir

post-img

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, rəsmi Ankara razılaş­manın nəticələrini, o cümlədən dörd kəndin Azərbaycana qayta­rılmasını müsbət qiy­mətləndirir. Həmçinin vurğulanıb ki, Türkiyə iki ölkə arasında mü­zakirələrin davam etdi­rilməsi ilə bağlı razılığı məmnunluqla qarşıla­yır.

XQ

Son xəbərlər