Ordumuz Ermənistanla şərti sərhəddə ayıq-sayıq dayanıb

post-img

Aprelin 20-də Quru Qoşunlarının qərargahında müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev, Quru Qoşunlarının idarə və xidmət rəisləri, birlik, birləşmə komandirləri iştirak ediblər.

Müdafiə naziri Azərbaycan Prezi­denti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqla­rı müşavirə iştirakçılarına çatdırıb. Mü­şavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, hərbi hissələrin döyüş hazırlığı üzrə tədbirlər və hərbi intizamın vəziyyəti təhlil edilib.

Nazir hərbi hissələrin xidməti-dö­yüş fəaliyyətinin təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də döyüş tapşırıqlarının dəqiq və vaxtında icrasına daim hazır olunması barədə müvafiq göstərişlər verib.

Çətin relyefli, yüksək dağlıq əra­zilərdə döyüş növbətçiliyi aparan böl­mələrin maddi-texniki və mühəndis təminatı, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəl­dilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

General-polkovnik Z.Həsənov Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası pro­sesinin effektiv həyata keçirilməsi və təhlükəsizliyin təmin edilməsi məqsə­dilə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlərin görülməsi barədə aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Müdafiə naziri Azərbaycanın Qa­rabağ bölgəsində müvəqqəti yerləşdi­rilmiş hazırda isə ölkəmizi tərk edən Rusiya sülhməramlı kontingentinin şəxsi heyət, silah-sursat və döyüş tex­nikasının daşınmasında lazımi texniki dəstəyin göstərilməsi ilə bağlı müvafiq göstərişlər verib.

Sonda icra edilən tədbirlərin daha keyfiyyətli yerinə yetirilməsinin əhəmiy­yəti qeyd olunub.

XQ

Ordu