Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir

post-img

Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Ordumuzun təlim hərbi hissələrinə yeni qəbul olunan gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir.

Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq çağırışçılarla keçirilən fərdi hazırlıq məşğələlərində onlara nizam­namə və hərbi qanunvericiliyin müvafiq tələbləri, hərbi intizam qaydaları, eləcə də sıra, fiziki və atəş hazırlığı üzrə çalış­maların elementləri öyrədilir.

XQ

Ordu