Bakıda növbəti ümumşəhər iməciliyi

post-img

Yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dünən paytaxtda növbəti ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçirilib. 

Bakı Şəhər İcra Hakimiyyəti kom­munal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından əsas küçə və pros­pektlərin bitki və canlılara ziyansız yuyu­cu maddələrlə yuyulmasını aparıb, xid­mətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarın­dakı məhəccərlərin, park və istirahət yer­lərində oturacaqların yuyulmasını həyata keçirilib. 

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas ma­gistral yol və prospektlərin kənarların­dakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilir, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılır, yaşıllıq zolaqları və parklarda qazon örtü­yünün yenilənməsi aparılır.

Son xəbərlər