Gürcüstanda azərbaycanlıların qayğı və ehtiyacları öyrənilir

post-img

Gürcüstanın Dmanisi və Kvemo Kartli bölgəsində Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvledianinin iştirakı ilə məlumatlandırma kampaniyası keçirilir.

Nazir bildirilib ki, aprelin 16-dan mayın 22-dək davam edəcək çoxkomponentli kampaniyanın məqsədi Gürcüstan vətən­daşı olan etnik azlıqları cari dövlət proq­ramları və xidmətlər, eləcə də digər aktual məsələlər barədə məlumatlandırmaqdan ibarətdir.

Dmanisi rayonunda fəaliyyət göstərən “Vətəndaş Cəmiyyətinin Təhsili və İnkişa­fı üçün Vətəndaş Birliyi”nin rəhbəri Kam­ran Xıdırov və birliyin gürcü dili müəllimi Maya Xmaladze Azərbaycanın Diaspor­la İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində gürcü dilinin tədrisinə xüsusi yer verildi­yini bildiriblər. Son üç il ərzində ali mək­təblərə qəbul olan azərbaycanlıların sa­yının artdığı, həmçinin bu layihələrin yerli etnik azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasında mühüm rol oynadığı na­zirin nəzərinə çatdırılıb. Nazir bildirib ki, bu ildən azərbaycanlılar üçün ali təhsil müəssisələrində dövlət hesabına ödəniş­siz yerlərin sayı 100-dən 200-ə çatdırılıb.

Qeyd edək ki, bu il ilk dəfə olaraq Kvemo Kartli bölgəsindən başlanan mə­lumatlandırma kampaniyası çərçivəsin­də müvafiq nazirliklərin yüksək ixtisaslı nümayəndələrinin rayonun 70-ə yaxın kəndində sakinlərlə görüş keçirəcəyi planlaşdırılır. Kampaniya çərçivəsində vətəndaşlar təhsil, dövlət dilinin öyrədil­məsi, səhiyyə, kənd təsərrüfatı, sosial yardım və qrantlar, dövlət proqramları və xidmətləri, ödənişsiz hüquqi yardım və dövlət tərəfindən təyin olunmuş dəstək tədbirləri haqqında məlumat almaq imka­nı əldə edəcəklər.

XQ

Son xəbərlər