Toronto polisi Kanada tarixində ən böyük qızıl oğurluğunu törətməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb. Cinayətkarlar yerli hava limanından 21 milyon Kanada dolları (15,2 milyon ABŞ dolları) dəyərində 6600 qızıl külçəsi, 2,7 milyon Kanada dolları (1,9 milyon ABŞ dolları) nağd pul oğurlayıblar.
2023-cü ildə cinayətkarlar hava limanına yük maşını ilə gələrək Sürixdən gətirilən qızıl külçələri maneəsiz yükləyib və qaçıblar. Oğurlanmış qızıl daha sonra əridilib satılıb. Müstəntiqlərin fikrincə, quldurlar pulu silah almağa xərcləyiblər.
Oğruların yük maşınında 65 növ odlu silah aşkar edilib. Oğurluqda iştirak etdiyi iddia edilən daha 3 nəfər isə hələ də axtarışdadır.
XQ