Aranda duman, dağlarda yağış...

post-img

Ekologiya və Təbii Sərvətlər Na­zirliyi Milli Hidrometeorologiya Xid­mətinin verdiyi məlumata əsasən aprelin 20-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən bu­ludlu olacaq. Əsasən yağmursuz keçəcək. 

Mülayim şimal-qərb küləyi əsə­cək. Gecə 13-18°, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi norma­dan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 40-45 faiz olacaq. Azərbaycanın rayonla­rında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətə­yi ərazilərdə qısamüddətli yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın tempe­raturu gecə 12-17°, gündüz 25-30°, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya